0
Monday 13 April 2020 - 09:49

Fransızları vətəninə aparacaq sərnişin təyyarəsi Konqoda atəşə tutulub

Story Code : 856349
Fransızları vətəninə aparacaq sərnişin təyyarəsi Konqoda atəşə tutulub
APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi aviaşirkət nümayəndələrinə istinadən məlumat yayıb.

“Aviaşirkətə məxsus “Airbus A330” tipli təyyarənin Puent-Nuar aeroportunda baş vermiş insidentlə əlaqədar zədələndiyini “Air France” təsdiq edir”, - deyə şirkətin məlumatında deyilir.

Bildirilir ki, insident zamanı təyyarə dayanacaqda olub və nə ekipaj üzvləri, nə də sərnişinlər göyərtədə imiş. Mənbənin agentliyə bildirdiyinə görə, təyyarənin füzelyajında güllənin izləri yaranıb. Qeyd edilir ki, təyyarəyə “Kalaşnikov” avtomatından atəş edilib.

Aviaşirkətin məlumatına görə, təyyarənin Parisə uçması bazar gününə planlaşdırılsa da, reys yeni təyyarə hazır olana qədər 24 saatlıq təxirə salınıb. Zədələnmiş təyyarəni Parisin Ruassi - Şarl de Qoll aeroportundan Konqoya gəlmiş “Boeing 777-200” tipli təyyarə əvəz edəcək. Geriyə uçuş isə bazar ertəsinə planlaşdırılıb.