0
Monday 13 April 2020 - 10:25

Qələbədən ümidini üzən Ali-Səud Yəmən müharibəsinə son vermək ardıncadır

Story Code : 856361
Qələbədən ümidini üzən Ali-Səud Yəmən müharibəsinə son vermək ardıncadır
"Əl-Cəzirə" informasiya agentliyi Covid-19 virusunun yayılmasının Səudiyyə Ərəbistanın Yəmən müharibəsini sonlandırmasına bəhanə olacağını yazıb. 9 aprel tarixində Səudiyyə rejiminin birtərəfli olaraq iki həftəlik atəşkəs elan etməsi də buna sübutdur. Atəşkəs Husi Müqavimət Hərəkatı (Ənsarullah) rəhbərlərinin birbaşa danışıqlar üçün Riyaza dəvət edilməsindən iki həftə keçməmiş elan edildi.

"Əl-Cəzirə" yazır: "Bu atəşkəs rəsmi Riyazın Yəmən müharibəsinə son vermək ardınca olduğunun nişanəsidir. 2019-cu ildə BƏƏ də öz qüvvələrinin Yəməndən çıxarılması qərarına gəlmişdi. Bu gün Səudiyyə Ərəbistanı və müttəfiqləri artıq bunu başa düşüblər ki, Yəməndə qələbə əldə edə bilməyəcəklər. Bu səbəbdən müharibəni sonlamaq üçün bir yol axtarırlar. Koronavirus pandemiyası Ərəbistanın müharibəni biabırçı məğlubiyyətlə sonlandırmaması üçün ən ideal çıxış yoludur. Onlar humanitar addım bəhanəsi ilə Yəməndəki qarşıdurmalara son vermək istəyirlər."

Qeyd edək ki, Məhəmməd bin Salmanın atasından sonra rahatlıqla taxta oturması üçün Səud ailəsində həbslərə başlaması koronavirusun geniş şəkildə yayılması ilə eyni vaxta təsadüf etdi. New York Times təkcə Ali-Səud ailəsində 150 nəfərin Covid-19 virusuna yoluxduğunu bildirib. Bu hadisə kral və oğlunun Ciddə şəhər yaxınlığındakı saraya çəkilməsinə səbəb olub. Belə böhranlı şəraitdə ölkəni idarə etmək Salman üçün olduqca çətinləşib.

Bundan əlavə neftin qiymətinin yarıdan çox azalması ölkə gəlirinin böyük hissəsi neftdən olan Səudiyyə Ərəbistanı üçün daha bir ağır zərbə olub. Bütün bunları nəzərə alaraq, Bin Salmanın diqqəti ölkədəki böhranla mübarizə aparmağa yönəltmək üçün Yəmən müharibəsinə son verəcəyi ehtimal edilir.
Source : IslamTimes