0
Tuesday 14 April 2020 - 00:33

İsrailin keçmiş müdafiə naziri: COVID-19-la bağlı bizi aldadırlar, rəqəmlər azaldılır!

Story Code : 856522
İsrailin keçmiş müdafiə naziri: COVID-19-la bağlı bizi aldadırlar, rəqəmlər azaldılır!
İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman bəyan edib ki, baş nazir Benyamin Netanyahu məqsədyönlü şəkildə insanlarda koronavirusa yoluxma statistikası ilə bağlı yanlış fikir formalaşdırır.
“Netanyahunun koronavirus pandemiya barədə bəyanatı isterikaya bərabərdir. O qəsdən əhalini qorxudur və ölkədə əsəbi vəziyyət yaradır”, - A.Liberman deyib.
“Belə bir misal götürək. Hamımız keçən həftə Səhiyyə Nazirliyinin bu barədə məlumatını gördük ki, Bney-Brakda əhalinin 38%-ə qədəri yoluxub. Sizə bildirirəm ki, şəhərin əhalisi təxminən 200 min nəfərdir”, - o qeyd edib.
“Beləliklə, təkcə Bney-Brakda 70 minədək insan qorxulu virusa yoluxub. Eyni zamanda, rəsmi məlumatlar isə tamamilə fərqli rəqəmlər göstərir. Bu, hələ Qüds, Beyt-Şeme, Modiin-İlit və başqa yerləri saymamaq şərti ilədir”, - o əlavə edib.
Source : islamazeri
Comment