0
Tuesday 14 April 2020 - 01:31

155 sionist hərbçisi koronavirusa yoluxub

Story Code : 856524
155 sionist hərbçisi koronavirusa yoluxub
"RT Arabic"in (Rusiya Al-Yaum) verdiyi xəbərə əsasən İsrail ordusunda koronavirusa yoluxmuş əsgərlərin sayı artıb.

Sionist rejim ordusu verdiyi açıqlamada 155 əsgərin Covid-19 virusuna yoluxduğunu bildirib.

İsrail mediasında yayımlanan xəbərlərə əsasən hazırda minlərlə sionist hərbçi karantinə alınıb.

Bu arada işğalçı İsrail rejiminin Səhiyyə Nazirliyi də ordu sıralarında koronavirusun yayılması ilə bağlı həyəcan təbili çalıb.

Mediada yer alan məlumatlara görə, hazırda 11235 israilli virusa yoluxub.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus səbəbindən ölənlərin sayı da artıb.

Sionist rejim Covid-19 virusu səbəbindən həlak olanların sayı 112-yə çatıb.
Source : IslamTimes