0
Tuesday 14 April 2020 - 02:08

ABŞ sanksiya tətbiq etmək bağlılığından qurtulmaq şansını itirdi

Story Code : 856527
ABŞ sanksiya tətbiq etmək bağlılığından qurtulmaq şansını itirdi
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter hesabı vasitəsi ilə bildirib ki, koronavirus pandemiyası sanksiya tətbiq etmək asılılığı olan ABŞ üçün bir fürsət idi. Amma onlar bu fürsəti əldən verdilər.

Zərif Twitterdə yazıb: "İran İslam Respublikası ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, xalqın iradəsi, alimlərin təlaşları və xarici dostlarımızın köməyi hesabına koronavirusla mübarizədə inanılmaz irəliləyişlərə nail oldu..."

Zərif bildirib ki, koronavirusun yayıldığı dönəmdə ABŞ İrana qarşı sanksiyaları qaldırmaqla sanksiya tətbiq etmək asılılığından qurtula bilərdi. Amma onlar qeyri-insani davranışları ilə İran xalqının yaddaşında daim bədnam olaraq qalacaqlar."

Qeyd edək ki, koronavirusun yayıldığı gündən bu günədək Beynəlxalq təşkilatlar, o cümlədən Türkiyə, Rusiya, Pakistan, Çin və digər bir neçə ölkə ABŞ-dan sanksiya tətbiq olunmuş ölkələrə qarşı zülmə son verməsini və sanksiyaları dayandırmasını tələb edib. Amma ABŞ qərəzli mövqeyindən əl çəkməyərək, sanksiyaların bu böhranlı şəraitdə belə davam edəcəyini bildirib.
Source : IslamTimes