0
Tuesday 14 April 2020 - 14:03

İrandan koronavirusla bağlı daha bir xoş xəbər

Story Code : 856627
İrandan koronavirusla bağlı daha bir xoş xəbər
İran Səhiyyə Nazirliyinin bir neçə dəqiqə öncə verdiyi xəbərə əsasən, tam bir ay sonra İslam Respublikasında Covid-19 virusu səbəbindən həyatını itirənlərin sayı iki rəqəmli saya enib. Belə ki, son 24 saat ərzində virusa yoluxmuş 98 nəfər həyatını itirib. Bu rəqəm 13 apreldə 111 nəfər, 12 apreldə 117 nəfər, 11 apreldə isə 125 nəfər olmuşdu.

Həmçinin ötən gün virusa yoluxanların sayında da azalma müşahidə olunub və 1574 nəfərdə virus aşkarlanıb. Son 24 saat ərzində 2146 virus daşıyıcısı da tam şəkildə müalicə olunaraq, sağlamlığına qovuşub və evə buraxılıb. İranda hazırda 22065 aktiv virus daşıyıcısı var. Bu rəqəm ötən gün 22735 nəfər idi. 

Qeyd edək ki, İslam Respublikasında martın 31-dən etibarən virusa yoluxma sayı, aktiv virus daşıyıcılarının ümumi sayı və virus səbəbindən ölənlərin sayı sürətlə azalır. Həmçinin müalicə olunaraq, sağlamlığına qovuşunların sayında artım müşahidə olunur. Bu günədək 48129 virusa yoluxmuş şəxs tam şəkildə müalicə olunub.
Source : IslamTimes