QR CodeQR Code

Obama 6 il əvvəl koronavirus barədə xəbərdarlıq edib: Dünyanı ölümcül epidemiya bürüyəcək

14 Apr 2020 15:10

İslamTimes: ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2014-cü ildə səsləndirdiyi fikirlər yenidən dünya mediasının gündəmini zəbt edib. Məsələ burasındadır ki, keçmiş dövlət başçısı müvafiq qurumları mümkün epidemiyaya qarşı hazırlıqlı olmağa çağırıb.


Publika.az-ın məlumatına görə, o açıqlamasında bildirib:

“Havadan yoluxa bilən ölümcül xəstəliklə qarşılaşa bilərik və böyük ehtimalla qarşılaşacağıq. Ona qarşı ciddi mübarizə apara bilmək üçün sadəcə ölkədə deyil qlobal şəkildə infrastruktur yaratmalıyıq.”H1N1” ciddi tələfata yol açmadığına görə şanslı idik. Ebola məsələsində eyni sözləri deyə bilmərəm. Çünki, Qərbi Afrikada dağıdıcı təsirləri oldu. Amma ebola hava yoluyla yoluxmur. Əgər İspan qripinə bənzər virus 5, ya da 10 il sonra ortaya çıxsa, indidən atacağımız addımlar gələcək adına yaxşı yatırım olacaq. Bu, çox ağıllı yatırım olacaq”.


Story Code: 856632

News Link :
https://www.islamtimes.org/az/news/856632/obama-6-il-əvvəl-koronavirus-barədə-xəbərdarlıq-edib-dünyanı-ölümcül-epidemiya-bürüyəcək

Islam Times
  https://www.islamtimes.org