0
Tuesday 14 April 2020 - 22:27

Tramp üçün növbəti şok

Story Code : 856716
Tramp üçün növbəti şok
Son zamanlar koronavirusla mübarizədə səhlənkarlıqlara yol verdiyi üçün ciddi təzyiqlərə məruz qalan ABŞ prezidenti Donald Tramp növbəti dəfə şok yaşayıb. Belə ki, ABŞ-da koronavirusla bağlı ən faciəli durumda olan Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib ki, Tramp Nyu-Yorkda iş yerlərinin normal fəaliyyətə başlaması ilə bağlı göstəriş verərsə, o bu göstərişi icra etməyəcək.

CNN kanalına müsahibə verən Endryu Kuomo deyib: "Nyu-York əhalisinin sağlamlığı təhlükə altında olan bir dönəmdə Tramp iş yerlərinin açılması göstərişini verərsə mən bu göstərişə tabe olmayacağam. Beləliklə sonda məhkəməyə göndərilməli olacaq ştat və federal hökumət arasında konstitusiya ilə bağlı gərginlik yaranacaq."

Qeyd edək ki, Nyu-Yorkda Covid-19 virusu həyatı iflic edib. Amma ölkə prezidenti Donald Tramp ABŞ-ın iqtisadi baxımdan çöküşünü önləmək üçün iş yerlərinin açılmasını istəyir.

Nyu-York ştatında təkcə ötən gün 6240 nəfərdə koronavirus aşkarlanıb, 671 nəfər isə bu virus səbəbindən həyatını itirib.