0
Tuesday 14 April 2020 - 23:56

Trampın işi daha da çətinləşdi

Story Code : 856724
Trampın işi daha da çətinləşdi
"Fox News"un verdiyi məlumata əsasən, prezident seçkilərinə namizədlik üçün partiya daxili mübarizədə Co Baydenin son rəqibi olan Berni Sanders seçkilərdən çəkildikdən sonra ilk dəfə Co Baydeni dəstəkləyəcəyini açıqlayıb. Sabiq ABŞ prezidenti Barak Obamanın Co Baydeni dəstəklədiyini açıqlamasından sonra Berni Sandersin də Baydenin tərəfində olduğunu açıqlaması Donald Trampın işini çətinləşdirib.

Xüsusi ilə gənclərin, Latın Amerikası mənşəli amerikanların, o cümlədən müsəlmanların dəstəyini qazanmış Berni Sanders bütün Amerikaya səslənərək, seçkilərdə Trampı məğlub etmək üçün, birləşərək Co Baydenə səs vermələrini istəyib.

Sanders Trampı Amerikanın müasir tarixində "ən təhlükəli" prezident adlandıraraq deyib: "Mən əksər respublikaçılardan da Co Baydenə səs vermələrini istəyirəm."

Sandersin müraciəti zamanı onun kənarında olan Co Bayden Sandersə təşəkkür edərək bildirib ki, təkcə seçkilərdə qələbə qazanmaq üçün deyil, qarşıdakı illərdə Amerikanın idarə olunmasında da Co Baydenə ehtiyacı var...
Source : IslamTimes