QR CodeQR Code

Quterreş Trampın ÜST-lə bağlı qərarını qınayıb

15 Apr 2020 11:17

İslamTimes: Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin dayandırılması haqqında Donald Trampın dediklərinə münasibət bildirib.


BMT-nin Baş katibi Antoniu Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin dayandırılması haqqında ABŞ Prezidenti Donald Trampın dediklərinə münasibət bildirib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Quterreş deyib ki, “hazırda ÜST və digər humanitar təşkilatlara ayrılan resursların dayandırılmasının heç zamanı deyil”.

Quterreş növbəti dəfə qeyd edib ki, indi beynəlxalq ictimaiyyətin COVID-19 və onun fəsadlarına qarşı birlik və həmrəylik halında işləyə bilməsinin vaxtı çatıb.

 


Story Code: 856811

News Link :
https://www.islamtimes.org/az/news/856811/quterreş-trampın-üst-lə-bağlı-qərarını-qınayıb

Islam Times
  https://www.islamtimes.org