QR CodeQR Code

Zaxarova ABŞ-a "yol" göstərdi: O nəşrdən başlayın

15 Apr 2020 11:47

İslamTimes: ABŞ koronavirus pandemiyası ilə bağlı dezinformasiya yayan “Nyu York Tayms”ı məsuliyyətə cəlb etməlidir.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova deyib: “ABŞ Dövlət katibi Mayk Pompeo pandemiya ilə bağlı dezinformasiya yayanların məsuliyyətə cəlb olunacağı ilə bağlı təhdid edir. Belə isə NyuYorkTayms-dan başlayın. NyuYorkTayms-ın “Putinin Amerika elminə qarşı uzun müharibəsi” adlı məqaləsindən!”

Qeyd edək ki, sözügedən məqalədə Rusiya Prezidenti Vladimir Putin ölümcül xəstəliklərlə bağlı yalan məlumat yaymaqda və bir sıra mühüm dövlət qurumlarına hücumda ittiham edilir.


Story Code: 856816

News Link :
https://www.islamtimes.org/az/news/856816/zaxarova-abş-a-yol-göstərdi-o-nəşrdən-başlayın

Islam Times
  https://www.islamtimes.org