QR CodeQR Code

Merkelə xəbərdarlıq: İki həftə ərzində ləğv olarsa...

15 Apr 2020 12:02

İslamTimes: Alman iqtisadçılar kansler Angela Merkelə karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar barədə xəbərdarlıq edib.


Axar.az xəbər verir ki, iqtisadçılar Merkelə müraciətində bir həftəlik iqtisadi fəaliyyətin dayandırılmasının 42 milyard avroya başa gəldiyini vurğulayıb.

İqtisadçıların proqnozuna əsasən, Avropanın ən güclü iqtisadiyyatına sahib Almaniya çətin duruma düşür.

Almaniyanın Makroiqtisadiyyat İnstitutunun prezidenti Sebastian Dullien tətbiq olunan qaydaların bir anda deyil, yaxşı hazırlanmış planla aradan qaldırılmasının vacibliyini vurğulayıb:

"Əgər iqtisadiyyata tətbiq olunan məhdudiyyətlər iki həftə ərzində aradan qaldırılsa, iki ay sonra yenidən karantin rejimini tətbiq etməyə məcbur olacağıq, belə durumda da heç bir şey qazanılmayacaq".


Story Code: 856820

News Link :
https://www.islamtimes.org/az/news/856820/merkelə-xəbərdarlıq-iki-həftə-ərzində-ləğv-olarsa

Islam Times
  https://www.islamtimes.org