0
Wednesday 15 April 2020 - 17:24

SEPAH dünyanı heyrətləndirdi - Koronavirusu anında aşkar edən cihaz!

Story Code : 856885
SEPAH dünyanı heyrətləndirdi - Koronavirusu anında aşkar edən cihaz!
"Mustaan" adlı cihazın təqdimat mərasimi bu gün səhər SEPAH-ın Baş Komandanı Hüseyn Salami, Bəsic-e Müstəzəfin Təşkilatının rəhbəri general Qulamrza Süleymani, Bəqiyətallah Tibb Elmləri Universitetinin rəhbərliyi və digər rəsmilərin iştirakı ilə keçirilib. 

Bu qurğu dünyada ilk dəfə Bəqiyətallah və Bəsic Elmi Cihad və Texnologiya Mərkəzinin dəstəyi və yönləndirməsi ilə hazırlanıb.

Smart (ağıllı) diqanoz aparatı növbəti mərhələlərdə inkişaf etdirilmə özəlliyinə malikdir.

General Salami cihazın xüsusiyyətləri barədə danışaraq, onun 100 metr məsafədən koronavirusu tanımaq gücünlə malik olduğunu bildirib. Aparatın insanın virusa yoluxub-yoluxmadığını təyin etmək üçün fərdin qanına ehtiyacı yoxdur. Cihazın daha bir xüsusiyyəti səthlərdə olan virusları belə təyin edə bilməsidir. Müxtəlif xəstəxanalarda aparılan ilkin testlər zamanı dünyada analoqu olmayan cihaz 80 faiz müsbət nəticə göstərib. Cihaz yaratdığı maqnit sahəsi ilə 100 metr radius çərçivəsində virusa aludə olan səmti təyin edir və cihazın antenası həmin səmtə doğru yönəlir. 5 saniyə ərzində yoluxmuş nöqtə tam dəqiqliklə aşkar edilir. 

Cihaz sayəsində virusa aludə olmayan səthlərin dezinfeksiyasına zaman itirilməyəcək. Uyğun aparatın həm Covid-19, həm də digər virusların təyin edilməsində istifadə edilə bilinəcəyi bildirilir.