0
Thursday 16 April 2020 - 01:39

ÜST-ün baş direktoru Trampın maliyyə dəstəyinin dayandırılması qərarından təəssüfləndiyini bildirib

Story Code : 856964
ÜST-ün baş direktoru Trampın maliyyə dəstəyinin dayandırılması qərarından təəssüfləndiyini bildirib
APA-nın xəbərinə görə, o, bu barədə ÜST-ün gündəlik mətbuat brifinqində deyib.

"ABŞ ÜST-ün uzunmüddətli dostu olub və biz ümid edirik ki, bu, belə olmağa davam edəcək. Biz ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə dəstəyinin dayandırılması qərarından təəssüflənirik", o deyib.

ÜST-ü baş direktoru bildirib ki, təşkilat hər zaman həm vətəndaşlara həm ABŞ hökumətinə dəstək verib.

 "ÜST dünyanın ən kasıb və həssas ölkələrinin və insanların səhiyyəsi və sağlamlığı üçün çalışır.  ÜST yalnız COVD-19-a qarşı deyil, digər xəstəliklərə qarşı mübarizə aparır. Biz dünyanın müxtəlif ölkələrinin səhiyyə sistemlərinin inkişafına dəstək veririk",  Tedros Adanom Gebreyesus qeyd edib.

Baş direktor hər hansı maliyyə ehtiyacı ilə üzləşilməməsi üçün təşkilatın öz  həmkarları ilə müzakirələr aparacağını deyib.

"Bütün  insanlara xidmət etmək öhdəliyimiz mütləq olaraq qalır. Bizim missiyamız iqtisadiyyatın gücündən və ya əhali sayından asılı olmayaraq dünyanın bütün ölkələri ilə bərabər şəkildə işləməkdən ibarətdir.

COVID-19 xalqlar, insanlar arasında etnik mənsubiyyətinə, dininə, ideologiyalarına görə, ölkələr arasında  isə iqtisadiyyatının gücünə və əhali sayına görə diskriminasiya etmir. Biz də həmçinin. bu virusla mübarizə əməkdaşlıq tələb edir. Hamımızın ümumi düşmənə qarşı birləşmək vaxtıdır", - Gebreyesus vurğulayıb.