QR CodeQR Code

Fransadan Trampın qərarına reaksiya

16 Apr 2020 02:42

İslamTimes: Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın ÜST-ə maliyyə dəstəyini dayandırmasına görə təəssüfləndiyini bildirib.


Axar.az xəbər verir ki, Fransa pandemiya dövründə dünyanı həmrəyliyə və beynəlxalq əməkdaşlığa səsləyib.

“Amerikanın təşkilatın büdcəsinə maliyyə yardımını dayandırması barədə məlumat aldıq. Buna görə təəssüflənirik”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa dair etibarlı araşdırma aparmadığını əsas gətirərək maliyyə yardımını dayandırdığını açıqlamışdı.


Story Code: 856965

News Link :
https://www.islamtimes.org/az/news/856965/fransadan-trampın-qərarına-reaksiya

Islam Times
  https://www.islamtimes.org