0
Thursday 16 April 2020 - 03:04

Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb

Story Code : 856966
Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

Nazir deyib ki, son 24 saatda 34090  şübhəli koronavirus testindən keçib, onlardan 4281-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1518 nəfər ölüb, 69392 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1820 nəfəri reanimasiyadadır, 5674 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 875 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 477716 nəfərin testdən keçdiyini qeyd edib.