0
Thursday 16 April 2020 - 09:41

Donald Tramp Senatı təhdid etdi

Story Code : 857025
Donald Tramp Senatı təhdid etdi
“Report” “TASS”a istinadən xəbər verir ki, nəticədə Amerika lideri konstitusiyanın ona verdiyi səlahiyyətlərindən istifadə edərək boş vəzifələrə təyinat həyata keçirə biləcək.

Onun sözlərinə görə, senatorlar onun irəli sürdüyü namizədlərin təsdiqini ciddi şəkildə təxirə salırlar ki, bu da koronavirusun yaratdığı xəstəliyin kontekstində tamamilə qəbuledilməzdir.

“Senat ən azı 4 maya qədər Vaşinqtonu tərk edib. Bu cür hallarda konstitusiya prezidentə vakansiya yerlərinə təyinat həyata keçirmək imkanı verir, buna iclaslar arasında görüş deyilir. Senat ya öz vəzifələrini yerinə yetirməli və baxılması üçün təqdim etdiyim namizədlərə səs verməli, ya da iclasını yekunlaşdırmalıdırkı mən təyinatları həyata keçirim. Əvvəllər belə hal baş verməyib. Ancaq biz bunu edəcəyik” - deyə, Tramp bildirib.