QR CodeQR Code

İranın hava müdafiəsi sərhəd pozan ABŞ təyyarəsinə xəbərdarlıq etdi

Deyerler , 17 Apr 2020 15:19

İslamtimes - Bəzi xəbər mənbələri Fars körfəzində ABŞ döyüş təyyarəsinə İranın hava hücumundan müdafiə sistemi tərəfindən xəbərdarlıq edildiyini bildirib.



Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Qətərin “Al-Jazeera” televiziyası dünən (17 aprel) iranlı mənbələrə əsaslanaraq, bir ABŞ döyüş təyyarəsinin İranın hava məkanını pozmağa çalışdığını, lakin İranın hava hücumundan müdafiə sisteminin xəbərdarlığı ilə istiqamətini dəyişdirdiyini qeyd edib.
 
“Al-Jazeera” televiziyası İranın hərbi qayıqlarının Fars körfəzindəki manevrlərinin də ABŞ-ın bu təhrikedici hərəkətinə qarşı reallaşdırıldığını qeyd edib.
 
ABŞ-ın Qərbi Asiya, Mərkəzi Asiya və Şərqi Afrikadakı Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) aprelin 16-sı səhər saatlarında İranın 11 sürətli hərbi qayığının ABŞ-ın 6 döyüş gəmisinə yaxınlaşdığını iddia etmişdi.
 


Story Code: 857247

News Link :
https://www.islamtimes.org/az/news/857247/iranın-hava-müdafiəsi-sərhəd-pozan-abş-təyyarəsinə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org