0
Friday 17 April 2020 - 15:26

İraqın sabiq baş naziri: “ABŞ qoşunları İraqdakı altı bazanı tərk edib”

Story Code : 857248
İraqın sabiq baş naziri: “ABŞ qoşunları İraqdakı altı bazanı tərk edib”
İraqın sabiq baş naziri: “ABŞ qoşunları İraqdakı altı bazanı tərk edib”
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, İraq Prezidenti Bərham Salehi CNN-ə verdiyi müsahibədə deyib: "ABŞ və İraq arasında strateji danışıqların aparılması, o cümlədən ABŞ qoşunlarının ölkədə mövcudluğunun davamiyyəti, İraqın yeni hökumətinin formalaşmasından sonra, iyun ayında başlayacaq". Son həftələrdə ABŞ qüvvələri, altı bazanı Mosulun cənubunda Əl-Qiara, Kərkükdə K1, Ənbarda Əl-Habbaniyah və Əl-Qaidə, eyni zamanda Bağdadın cənubundakı iki vilayətində və Neynəvada iki bazanı boşaldıb. Qeyd edək ki, ABŞ ordusu hazırda, Ənbar əyalətindəki Ayn əl-Əsədin üç əsas bazasında, Salah ad-Din əyalətindəki Əl-Bələdin hava bazasında və Bağdadın şimalındakı Əl-Taci bazasında yerləşib.
Source : Deyerler
Tagged
iraq abş
Comment