QR CodeQR Code

İraqın sabiq baş naziri: “ABŞ qoşunları İraqdakı altı bazanı tərk edib”

Deyerler , 17 Apr 2020 15:26

İslamtimes - İraqın sabiq baş naziri, ABŞ qüvvələrinin İraqdakı altı hərbi bazadan çıxdığını və hazırda yalnız üç bazada yerləşdiyini söyləyib. Əbdül Mehdi, həmçinin Vaşinqtonun gələn ilin iyun ayında, iki ölkə arasında anlaşma, təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı strateji danışıqlar aparmaq haqda təklifini açıqlayıb.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, İraq Prezidenti Bərham Salehi CNN-ə verdiyi müsahibədə deyib: "ABŞ və İraq arasında strateji danışıqların aparılması, o cümlədən ABŞ qoşunlarının ölkədə mövcudluğunun davamiyyəti, İraqın yeni hökumətinin formalaşmasından sonra, iyun ayında başlayacaq". Son həftələrdə ABŞ qüvvələri, altı bazanı Mosulun cənubunda Əl-Qiara, Kərkükdə K1, Ənbarda Əl-Habbaniyah və Əl-Qaidə, eyni zamanda Bağdadın cənubundakı iki vilayətində və Neynəvada iki bazanı boşaldıb. Qeyd edək ki, ABŞ ordusu hazırda, Ənbar əyalətindəki Ayn əl-Əsədin üç əsas bazasında, Salah ad-Din əyalətindəki Əl-Bələdin hava bazasında və Bağdadın şimalındakı Əl-Taci bazasında yerləşib.


Story Code: 857248

News Link :
https://www.islamtimes.org/az/news/857248/iraqın-sabiq-baş-naziri-abş-qoşunları-iraqdakı-altı-bazanı-tərk-edib

Islam Times
  https://www.islamtimes.org