QR CodeQR Code

Kərkükdə İŞİD sığınacaqlarında ABŞ istehsalı silahlar tapıldı

Deyerler , 17 Apr 2020 15:30

İslamtimes - İraqın Əl-Həşduş Şəbi təşkilatının sözçüsü Əli Əl-Hüseyni Kərkük əyalətində İŞİD sığınacaqlarında ABŞ istehsalı olan silahların tapıldığını bildirib.



Deyerler.org Almaalomah-a istinadən xəbər verir ki, Əli Əl-Hüseyni aprelin 16-sı ABŞ ordusunun bölgənin sabitliyini pozmaq üçün İraqda terrorçulara müxtəlif silah və sursat verməklə onları dəstəkləməyə davam etdiyini vurğulayaraq, sözügedən silahların ABŞ və terrorçular arasındakı əlaqəni ifşa etdiyini bildirib.
 
Əl-Həşduş Şəbinin sözçüsü Kərkük diyarında İŞİD terrorçularının bazalarında külli miqdarda minaatan tapıldığını bildirərək, bu silah-sursatla terrorçuların təhlükəsiz bölgələri və nöqtələri bombalamaq üçün istifadə etdiyini göstərdiyini bildirib.
 
Əli Əl-Hüseyni son 72 saat ərzində Kərkükün ayrı-ayrı bölgələrində keçirilən əməliyyatlarda liderləri də daxil olmaqla 12 İŞİD yaraqlısının öldürüldüyünü, 25 terrorçunun da yaralandığını açıqlayıb.
 


Story Code: 857250

News Link :
https://www.islamtimes.org/az/news/857250/kərkükdə-işid-sığınacaqlarında-abş-istehsalı-silahlar-tapıldı

Islam Times
  https://www.islamtimes.org