0
Saturday 18 April 2020 - 00:13

Mahmud Abbas: “Fələstinli məhbus və əsirlər azad olunmasa...”

Story Code : 857351
Mahmud Abbas: “Fələstinli məhbus və əsirlər azad olunmasa...”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Mahmud Abbas fələstinli əsirlər günü münasibətilə verdiyi yazılı bəyanatında, İsrail rejimindən həbsxanalardakı fələstinliləri azad etməsini tələb edib.

Məhbusları “azadlıq döyüşçüləri qəhrəmanlar” adlandıran Abbas, mesajında bunları qeyd edib: “İsrail rejiminin həbsxanaları boşaldılmadan son sülh razılaşmasına qətiyyən imza atmayacağımızla bağlı vəədimizi bir daha təkrar edirik. Qəhrəman əsirlərimiz və ailələrindən imtina etməyimiz üçün edilən heç bir təzyiqə boyun əyməyəcəyik. Onların şərəfli bir həyat yaşamaları üçün lazım olan bütün dəstəyi təmin etməyə davam edəcəyik”.