QR CodeQR Code

Mahmud Abbas: “Fələstinli məhbus və əsirlər azad olunmasa...”

18 Apr 2020 00:13

İslamTimes: Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas bildirib ki, həbsxanalardakı fələstinli məhbus və əsirlər azad olunmasa, İsrail rejimi ilə heç bir razılaşmaya imza atmayacaq.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Mahmud Abbas fələstinli əsirlər günü münasibətilə verdiyi yazılı bəyanatında, İsrail rejimindən həbsxanalardakı fələstinliləri azad etməsini tələb edib.

Məhbusları “azadlıq döyüşçüləri qəhrəmanlar” adlandıran Abbas, mesajında bunları qeyd edib: “İsrail rejiminin həbsxanaları boşaldılmadan son sülh razılaşmasına qətiyyən imza atmayacağımızla bağlı vəədimizi bir daha təkrar edirik. Qəhrəman əsirlərimiz və ailələrindən imtina etməyimiz üçün edilən heç bir təzyiqə boyun əyməyəcəyik. Onların şərəfli bir həyat yaşamaları üçün lazım olan bütün dəstəyi təmin etməyə davam edəcəyik”.

 


Story Code: 857351

News Link :
https://www.islamtimes.org/az/news/857351/mahmud-abbas-fələstinli-məhbus-və-əsirlər-azad-olunmasa

Islam Times
  https://www.islamtimes.org