0
Saturday 18 April 2020 - 09:51

Kanadada COVID-19-a rekord sayda yoluxma qeydə alındı

Story Code : 857411
Kanadada COVID-19-a rekord sayda yoluxma qeydə alındı
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, əvvəlki rekord aprelin 16-da, bir gün ərzində 1 711 nəfərin yoluxduğu zaman qeydə alınıb.

Qeyd edək ki, artıq üçüncü gündür ölkədə yeni infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.

Ən son məlumata görə, Kanadada 507,7 mindən çox insan COVID-19 üçün testdən keçib. 

Ən çox yoluxma halı Kvebek (16 798), Ontario (9 525) və Alberta (2 397) əyalətlərində qeydə alınıb.