QR CodeQR Code

Nyu-York qubernatoru: Tramp yuxudan oyanmalı və işə başlamalıdır

IslamTimes , 18 Apr 2020 11:02

İslamTimes: Nyu-York qubernatoru Endryu Kuomo ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.


Endryu Kuomo mətbuat konfransında jurnalistin Trampın onu tənqid etməsi ilə bağlı sualına cavab olaraq deyib: "Prezident televizor seyr etmək əvəzinə oyanıb işə getsə daha yaxşı olar!" 

Qeyd edək ki, Donald Tramp Tvitter hesabında Kuomonu bir neçə dəfə sərt tənqid edib. Tramp son tvitində yazıb ki, Kuomo işləmək üçün daha çox, özünü tərifləmək üçün isə daha az vaxt sərf etməlidir. Belə işləri dayandırın və işə başlayın. (Boş) Danışmağa son verin."

Tramp Nyu-York əhalisinə yardımlara görə onlara minnət qoymaqdan da çəkinməyib: "Ehtiyacınız olmadığı zaman, istifadə etmədiyiniz halda xəstəxanda minlərlə çarpayı hazırladıq. Sizə çox ehtiyac duyduğunuz süni tənəffüs aparatları verdik. Sizə lazım olan testlər yolladıq. Amma sizdən heç bir təşəkkür eşitmədik. Nyu Yorkda xəstələrin və ölülərin sayı ilə bağlı rəqəmlər heç də ürəkaçan deyil. Az danış, daha çox əməl et!"

Qeyd edək ki, ABŞ-da ən çox koronavirus xəstəsi və qurbanı Nyu-York ştatında qeydə alınıb.


Story Code: 857420

News Link :
https://www.islamtimes.org/az/news/857420/nyu-york-qubernatoru-tramp-yuxudan-oyanmalı-və-işə-başlamalıdır

Islam Times
  https://www.islamtimes.org