0
Saturday 18 April 2020 - 15:53

İran koronavirusu məğlub edir

Story Code : 857504
İran koronavirusu məğlub edir
İran Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, 24 saat ərzində İranda 1374 nəfər Covid-19 virusuna yoluxıb. Bu rəqəm ötən gün 1499 nəfər təşkil edirdi. Gün ərzində bu virusdan ölənlərin sayında da kəskin azalma müşahidə edilib. Belə ki, 24 saat ərzində virusa yoluxmuş 73 nəfər həlak olub. Ötən gün isə 89 nəfər virus daşıyıcısı həlak olmuşdu.

İranda gün ərzində ən çox yoluxma 30 mart tarixində qeydə alınıb. Həmin gün ölkə ərazisində 3186 nəfər virusa yoluxmuş. Amma 31 martdan etibaran bu rəqəm hər gün azalır. 

Bu günədək İranda 80868 nəfər virusa yoluxsa da, onlardan 55987 nəfəri müalicə edilərək evə buraxılıb. 5031 nəfər həlak olub və hazırda İranda cəmi 19850 aktiv virus daşıyıcısı var. Virusdan sağalmalar bu sürətlə davam edərsə yaxın zamanlarda İslam Respublikasının bu qorxunc virusdan təmizlənəcəyi güman edilir. 

Dünyanı heyrətləndirən məqamlardan biri budur ki, İranda insanların evdən çıxmalarına qadağan qoyulmadan və demək olar ki, bütün mərkəzlər fəaliyyətini davam etdirdiyi halda koronavirus üzərində qələbə çalınır.
Source : IslamTimes