0
Saturday 18 April 2020 - 22:26

Vaşinqton qubernatoru: Tramp insanları daxili üsyana təşviq edir

Story Code : 857557
Vaşinqton qubernatoru: Tramp insanları daxili üsyana təşviq edir
İnsli "Twitter" hesabında yazıb: "Prezident Trampın bu gün səhərki açıqlamaları qanunsuz və təhlükəli fəaliyyətlərə təşviq etməkdir! Tramp milyonlarla insanı Covid-19 virusuna yoluxma riski ilə üz-üzə qoyub. Onun "ştatları azad etmək"lə bağlı dəlisov, sərt çıxışı zorakılığa səbəb ola bilər. Biz öncələr də belə hadisələrə şahid olmuşuq."

Cey İnsli bildirib ki, Donald Tramp karantinin əhəmiyyəti ilə bağlı yalan məlumatlarla xalqı daxili üsyana təhrik edir. Halbuki, Trampın öz dövləti belə koronavirusun nə qədər təhlükəli, ölümcül olduğunu etiraf edir və məhdudiyyətlərin qaldırılmasına qədər hələ uzun bir yolumuz olduğunu söyləyirlər.

İnsli əlavə edib: "Prezident deyib ki, məhdudiyyətləri azaltmaq üçün elm və bilikdən istifadə edəcək. Ağ Ev iqtisadi fəaliyyətə davam etmək üçün məntiqli plan hazırlamışdı. Amma 24 saat sonra Tramp özünü itirmiş kimi öz planına belə məhəl qoymadı və qeyri-demokratik və təhlükəli bəyanatlar verdi. İnsanlar arasında fasilə mexanizmi işə yarayır. Biz Vaşinqtonda insanların fasiləyə riayət etdiyi zaman virus yoluxmasının azaldığına şahid olmuşuq. Lakin prezidentin məsuliyyətsiz hərəkətləri, insanların fasilələrə riayət etməməsinə səbəb olan çıxışları hər şeyi alt-üst edə bilər!"

İnsli sözlərinin sonunda siyasətçilərdən Trampın çağırışına qarşı çıxmağı istəyib.

Qeyd edək ki, Tramp tərəfdarlarına səslənərək onlardan demokratların hakim olduğu ştatlarda "ştatları azad etmələrini" istəyib.
Source : IslamTimes