QR CodeQR Code

Səudiyyə qırıcıları son 24 saat ərzində Yəməni 33 dəfə bombalayıblar

IslamTimes , 19 Apr 2020 16:59

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin son 24 saat ərzində Yəməni 33 dəfə bombaladığını bildirib


Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının Yəməndə iddia etdiyi atəşkəsi pozmağa davam etdiyini bildirib.

Verilən xəbərə əsasən, Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Səudiyyə döyüş təyyarələrinin son 24 saat ərzində Yəməni 33 dəfə bombaladığını bildirib.

Yəhya Sərinin dediyinə görə, hücumların çoxu Əl-Cəvf və Mərib əyalətlərinə təşkil edilib.

Yəmən Silahlı Qüvvələri bildirib ki, Ali-Səud rejiminin işğalçı hücumlarının davam etməsi sübut edir ki, Səudiyyə Ərəbistanının elan etdiyi birtərəfli atəşkəs təbliğatdan başqa bir şey deyil!

Qeyd edək ki, Yəməndə hazırda Səudiyyə rejiminin hücumları və blokadası səbəbindən insani böhran yaşanır. Xəstəxanalarda tibbi ləvazimat, dərman çatışmazlığı yaşanır. Ölkə ərazisində Covid-19 virusu ilə mübarizə üçün ən lazımlı vasitə olan su böhranı var. İnsanlar nəinki əllərini yumaq üçün, içmək üçün belə su tapmaqda çətinlik çəkir.


Story Code: 857662

News Link :
https://www.islamtimes.org/az/news/857662/səudiyyə-qırıcıları-son-24-saat-ərzində-yəməni-33-dəfə-bombalayıblar

Islam Times
  https://www.islamtimes.org