0
Monday 20 April 2020 - 02:10

İrandan ABŞ-a xəbərdarlıq: Həlledici cavab verəcəyik!

Story Code : 857723
İrandan ABŞ-a xəbərdarlıq: Həlledici cavab verəcəyik!
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

“Biz amerikalılara tövsiyə edirik ki, beynəlxalq qaydalara, Fars və Oman körfəzlərində dəniz protokollarına əməl etsin, istənilən avantürist və yalan informasiyalardan çəkinsinlər. İran Silahlı Qüvvələri regionda xarici qüvvələrin hərəkətini qırmızı xətti hesab edir və milli təhlükəsizliyə təhdid kimi dəyərləndirir”, - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl körfəzdə ABŞ esminesləri ilə İran katerləri arasında insident yaşanmışdı. /Axar/