QR CodeQR Code

Kanadada silahlı insident nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

20 Apr 2020 09:46

İslamTimes: Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.


APA-nın RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.

Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.

Cinayətkarın tutulması istiqamətində əməliyyat 12 saat davam edib. Tərəflər arasında atışmada polis də ölüb. Atışma zamanı cinayətkarın da öldürüldüyü bildirilib.


Story Code: 857766

News Link :
https://www.islamtimes.org/az/news/857766/kanadada-silahlı-insident-nəticəsində-ölənlərin-sayı-16-nəfərə-çatıb

Islam Times
  https://www.islamtimes.org