0
Tuesday 21 April 2020 - 01:58

Tramp: Bayden prezident seçilərsə, İran və Çin ABŞ-ı ələ keçirəcək

Story Code : 857922
Tramp: Bayden prezident seçilərsə, İran və Çin ABŞ-ı ələ keçirəcək
Son günlərdə koronavirus böhranı ilə mübarizə zəminində Nyu-York və Vaşinqton kimi ştatların qubernatorları ilə ciddi qalmaqal yaşayan ABŞ prezidenti Donald Tramp bazar ertəsi mətbuat konfransı
keçirib. O mətbuat konfransında bildirib ki, yerli idarəçilərlə tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmaq üçün bir strategiya üzərində danışıqlar aparır.

Koronavirusla bağlı məsuliyyətsiz davrandığı üçün ciddi təzyiqlərə məruz qalan Tramp iddia edib ki, onun planları olmasaydı on minlərlə deyil, milyonlarla amerikalı həlak olmuş olacaqdı. 

ABŞ-da bu il keçirilməsi planlaşdırılan prezident seçkilərinə toxunan Donald Tramp deyib: "Co Bayden qalib gəlsə, İran, Çin, Kanada və Meksika ABŞ-ı ələ keçirəcək. Artıq bir ölkəniz olmayacaq."

İranla iş qurmaq istədiyini təkrarlayan Tramp deyib ki, elə görünür İran növbəti hakimiyyəti gözləyir. Düşünürəm ki, Con Kerri də İranın bizimlə indi razılaşmasını istəmir..."
Source : IslamTimes