QR CodeQR Code

ABŞ Türkiyənin Rusiya ilə əlaqələrinə mane olur

21 Apr 2020 09:47

İslamTimes: Türkiyənin S-400 zenit-raket komplekslərini satın almasına şiddətlə qarşı çıxırıq.


Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.

“S-400-lərin satışının ikitərəfli münasibətlərdə və NATO-da böyük bir maneə yaratdığını vurğulamaqda davam edirik. Prezident Rəcəb Tayyib Ərdoğanın və yüksək vəzifəli şəxslərin bu məsələyə münasibətimizi anladıqlarına əminik”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün “Röyter” agentliyində Türkiyənin satın aldığı S-400 sistemlərinin apreldə nəzərdə tutulan aktivasiya prosesinin koronavirus pandemiyası səbəbindən təxirə salındığı barədə məlumat yayılıb. Bildirilib ki, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Ankaranın S-400 sistemlərinin aktivasiya prosesində dəyişiklik yoxdur.


Story Code: 857984

News Link :
https://www.islamtimes.org/az/news/857984/abş-türkiyənin-rusiya-ilə-əlaqələrinə-mane-olur

Islam Times
  https://www.islamtimes.org