0
Tuesday 21 April 2020 - 10:30

BMT-nin daha 14 əməkdaşı koronavirusa yoluxub

Story Code : 857993
BMT-nin daha 14 əməkdaşı koronavirusa yoluxub
APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Cenevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi bildirib.

“20 aprel tarixində Cenevrədə 14 əməkdaşda koronavirus testi müsbət nəticələnib”, - o belə deyib.

Aprelin 14-də Velluççi jurnalistlərə verdiyi açıqlamasında dünyada ümumilikdə 189 BMT əməkdaşının virusa yoluxduğunu, üç nəfərinsə öldüyünü bildirmişdi.