0
Tuesday 21 April 2020 - 18:56

İŞİD liderinin yeri ifşa edildi

Story Code : 858097
İŞİD liderinin yeri ifşa edildi
Axar.az xəbər verir ki, “Əl Sumariyə” telekanalına açıqlama verən Təhlükəsizlik Xidmətindəki məndə Qüreyşinin İraqda gizlənməsi ilə bağlı dəqiq sübutların olduğunu deyib.

“İŞİD rəhbərliyindəki çox az sayda insan onun necə göründüyünü bilir. ABŞ-İraq mütəxəssisləri birgə olaraq fevraldan bu yana Əbubəkir Bağdadi öldükdən sonra İŞİD-in yeni liderinin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün işlər aparır. Qüreyşinin şəxsiyyətini müəyyənləşdirmək üçün əvvəlki səylər isə uğursuz nəticələnib”, - o deyib.

Mənbə qeyd edib ki, İŞİD məğlub olduqdan sonra dağılan qruplar yenidən əlaqə yaradıb:

“Son bir ayda bir neçə hücum da təşkil ediblər. Hücumlar vaxt və hədəf seçimində yaxşı təşkil edilsə də, genişmiqyaslı olmayıb. Hazırda İraq təhlükəsizlik qüvvələri başda Səlahəddin və Kərkük bölgələri olmaqla, terrorçuların qərargah və sığınacaqlarında axtarışlar aparır”.