0
Wednesday 22 April 2020 - 09:07

İranda koronavirusa görə yüz min məhkum müvəqqəti azadlığa buraxılıb

Story Code : 858193
İranda koronavirusa görə yüz min məhkum müvəqqəti azadlığa buraxılıb
APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Huseyn İsmayili deyib.

“Yüz min məhkum, o cümlədən də mindən çox əcnəbi məhkum müvəqqəti olaraq azadlığa buraxılıb”, - deyə Q. İsmayili bildirib.

Müvəqqəti azadlığa buraxılanlar arasında Britaniya və İran vətəndaşı olan Nazanin Zagari-Ratcliff də var.