QR CodeQR Code

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 250-ni ötdü

22 Apr 2020 09:33

İslamTimes: "Türkiyədə son sutkada daha 119 nəfər pandemiyanın qurbanı olub”.


“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 259 nəfərə çatıb.

Nazir həmçinin daha 4 611 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 95 591-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 14 918 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 529 000-i ötüb. Bunların 667 609 nəfəri sağalıb, 174 573 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Story Code: 858205

News Link :
https://www.islamtimes.org/az/news/858205/türkiyədə-koronavirusdan-ölənlərin-sayı-2-250-ni-ötdü

Islam Times
  https://www.islamtimes.org