QR CodeQR Code

Suriyada terrorçuların qoyub qaçdığı ABŞ istehsalı silahlar ələ keçirildi

Deyerler , 22 Apr 2020 15:28

Islamtimes - Suriya ordusu ölkənin cənubunda terrorçulara qarşı təmizlik əməliyyatları vaxtı terrorçuların istifadə etdiyi ABŞ istehsalı silah və avadanlıqları ələ keçirib.


Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu aprelin 21-i yerli xalqın köməyilə Dəraa və Suveyda bölgələrində terrorçuların qoyub qaçdığı ABŞ istehsalı olan bir çox silah və hərbi texnikanı ələ keçirib.
 
Suriya qüvvələri aprelin 20-si də Qunaitra və Dəməşq ətraflarında da, ABŞ başda olmaqla Qərb ölkələrinin istehsalı olan terrorçulara aid küllü miqdarda silah və sursat ələ keçirmişdi.
 
Əldə olunan məlumatlara görə, Suriya böhranının əvvəlindən etibarən ABŞ və İsrail rejim ilə bəzi ərəb ölkələri terrorçulara dəstək vermək üçün 440 milyard dollar xərcləyib.
 


Story Code: 858276

News Link :
https://www.islamtimes.org/az/news/858276/suriyada-terrorçuların-qoyub-qaçdığı-abş-istehsalı-silahlar-ələ-keçirildi

Islam Times
  https://www.islamtimes.org