QR CodeQR Code

ÜST rəhbərindən bədbin açıqlama: Uzun yol olacaq

23 Apr 2020 09:43

İslamTimes: Dövlətlər diqqətli olmalıdırlar. Çünki dünya əhalisinin əksəriyyəti virusa qarşı müdafiəsizdir.


Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.

ÜST rəhbəri bildirib ki, COVİD-19 virusu hələ uzun müddət varlığını davam etdirəcək:

“Fərqli bölgələrdə fərqli tendensiyaları müşahidə edirik. Qərbi Avropada epidemiya ya azalır, ya da stabilləşməkdədir. Kiçik rəqəmlər olmasına baxmayaraq, Afrika, Mərkəzi və Cənubi Amerika, eləcə də Şərqi Avropadakı durum isə narahatedicidir. Bir çox ölkələrdə epidemiya başlanğıc mərhələdədir, bəzilərində isə virus yenidən baş qaldırıb. Səhv etməyin, bizi uzun yol gözləyir. Bu virus bizimlə uzun müddət qalacaq”.

 


Story Code: 858441

News Link :
https://www.islamtimes.org/az/news/858441/üst-rəhbərindən-bədbin-açıqlama-uzun-yol-olacaq

Islam Times
  https://www.islamtimes.org