0
Thursday 23 April 2020 - 10:35

ABŞ İraqın daxili işlərinə müdaxilə edir

Story Code : 858448
ABŞ İraqın daxili işlərinə müdaxilə edir
Amerika Birləşmiş Ştatları, İraqın daxili işlərinə müdaxilə olaraq Bağdaddan qaz və elektrik enerjisini İrandan deyil, Misirdən, Səudiyyə rejimindən və Birləşmiş Ərəb Əmirliklərindən təmin etməyi təklif edib. Neft mütəxəssisi Fazil əl-Dabas, ABŞ-ın İraq hökumətinə müdaxilə təklifini açıqlayıb.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Əl-Dabasın sözlərinə görə, İraqın, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdırılması və İrandan qaz və enerji idxalına icazə, bu ayın sonunda başa çatacaq. Əl-Dabas, İraq vəziyyətdən çıxmaq üçün alternativ tapmadığını və ABŞ hökumətinin daha əvvəl, İraq hökumətinə İran qazına və enerjisinə alternativ tapmağı təklif etdiyini söyləyib. ABŞ-ın Misir, Səudiyyə rejimi və BƏƏ-ni İrana alternativ olaraq təklif etdiyini bildirən iraqlı ekspert, İraq hökumətinin qərarının nə olacağını hələ bilmədiklərini deyib. İraq Energetika Nazirliyi, ölkənin hazırda elektrik enerjisi istehsal xətlərinə güvəndiyini bildirib. Bununla əlaqədar olaraq, İraq Enerji Nazirliyinin sözçüsü Əhməd Əl-İbadi, aprelin 15-də İraqın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan kənarlaşdırılmasının son vaxtı olduğunu deyib. Əl-İbadi deyir ki, İraq Energetika Nazirliyi, baş nazirin müşavirinin başçılıq etdiyi nümayəndə heyəti vasitəsilə, ABŞ tərəfini texniki addımlar haqda məlumatlandırdığını bildirib. Nazir, Birləşmiş Ştatların İraq tərəfinin və İraq Enerji İdarəsinin ölkənin enerji qaynaqlarını necə şaxələndirdiyini və günəş enerjisi kimi alternativ enerji mənbələrindən necə istifadə etdiyini bilmək istədiklərini söyləyib.