0
Thursday 23 April 2020 - 15:26

İran ABŞ-a nota verib

Story Code : 858498
İran ABŞ-a nota verib
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ-ın hədələri və bu ölkə qüvvələrinin Fars Körfəzində İran sərhədinə yaxın bölgədə təhlükəli davranışları ilə bağlı Tehranda İsveçrənin işlər vəkili vasitəsilə ABŞ-a etirazını bildirib.

Etiraz notasında ABŞ dövlətinə dənizçilik və gəmiçilik sahəsində mövcud olan beynəlxalq qaydalara əməl etməli olduğu xatırladılıb. ABŞ-a xəbərdarlıq olunub ki, İran İslam Respublikası özünü müdafiə etməklə yanaşı, Fars körfəzi və Oman dənizində hər hansı qərəzli addım və hədəyə cavab verəcək.

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampa tövsiyə edb ki, dünyanı və bölgəni koronavirus bürüdüyü bir zamanda ABŞ öz hərbi qüvvələrini epidemiyanın tüğyan etdiyi ölkəsinin daxilində virusla mübarizəyə cəlb etsin.