QR CodeQR Code

İran ABŞ-a nota verib

23 Apr 2020 15:26

İslamTimes: İran ABŞ-a Fars Körfəzindəki təhlükəli davranışlarına görə nota verib.


APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ-ın hədələri və bu ölkə qüvvələrinin Fars Körfəzində İran sərhədinə yaxın bölgədə təhlükəli davranışları ilə bağlı Tehranda İsveçrənin işlər vəkili vasitəsilə ABŞ-a etirazını bildirib.

Etiraz notasında ABŞ dövlətinə dənizçilik və gəmiçilik sahəsində mövcud olan beynəlxalq qaydalara əməl etməli olduğu xatırladılıb. ABŞ-a xəbərdarlıq olunub ki, İran İslam Respublikası özünü müdafiə etməklə yanaşı, Fars körfəzi və Oman dənizində hər hansı qərəzli addım və hədəyə cavab verəcək.

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampa tövsiyə edb ki, dünyanı və bölgəni koronavirus bürüdüyü bir zamanda ABŞ öz hərbi qüvvələrini epidemiyanın tüğyan etdiyi ölkəsinin daxilində virusla mübarizəyə cəlb etsin.


Story Code: 858498

News Link :
https://www.islamtimes.org/az/news/858498/iran-abş-a-nota-verib

Islam Times
  https://www.islamtimes.org