Liviya üsyançıları Breqa şəhərini mühasirəyə alıblar
Story Code : 85850
APA-nın verdiyi xəbərə görə, müxalifətin nümayəndəsi bildirib ki, Qəddafi qüvvələrinin şəhərin ətrafında çox sayda mina yerləşdirdiyinə görə üsyançılar şəhərə tərəf hərəkatı dayandırıblar. Xatırladaq ki, neftdaşıyan liman olan Breqa şəhəri fevral ayında bir neçə dəfə münaqişə tərəfləri əldən ələ keçirib. Breqa paytaxt Tripolidən 750 km şərqdə yerləşir. Üsyançılar bildirilər ki, Müəmmar Qəddafiyə sadiq qüvvələr Breqadan 50 km aralıda yerləşən Ras Lanuf şəhərinə tərəf çəkilirlər.