QR CodeQR Code

Bayden: Tramp qələbə qazanmaq üçün seçkilərin tarixini dəyişə bilər!

IslamTimes , 24 Apr 2020 20:11

İslamTimes: Demokrat partiyasından ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Co Bayden, seçkinin tarixinin dəyişdirilə bilmə ehtimalına görə narahat olduğunu bildirib.


France24 saytının verdiyi məlumata görə seçki üçün yardım kampaniyası zamanı Bayden deyib: "Sözlərimi ciddi qəbul edin. Elə düşünürəm ki, o (Donald Tramp) seçkini hansısa yolla təxirə salmağa çalışacaq və seçkinin baş tutmaması üçün bir bəhanə göstərəcək."

Co Bayden əlavə edib: "Tramp düşünür ki, qələbə qazanmağının yeganə yolu seçkilərin təxirə salınmasıdır."

Bayden Trampın ABŞ-ın Poçt İdarəsinə qarşı son ittihamlarına işarə edərək deyib ki, bu ABŞ prezidentinin planının bir hissəsidir. O əlindən gələni edəcək ki, xalq üçün səsvermə prosesi çətinləşsin.

Tramp koronavirus təhlükəsi səbəbindən poçtla səsvermənin seçki saxtakarlığı ehtimalını gücləndirəcəyini iddia edib.

ABŞ-ın koronavirusun yayıldığı ölkələr siyahısında ilk pillədə olması və bu ölkədə işsizlərin sayının 26,4 milyona çatması Trampın seçkidə qalib gəlməsini çətinləşdirib.


Story Code: 858728

News Link :
https://www.islamtimes.org/az/news/858728/bayden-tramp-qələbə-qazanmaq-üçün-seçkilərin-tarixini-dəyişə-bilər

Islam Times
  https://www.islamtimes.org