QR CodeQR Code

ABŞ prezidentliyinə namizəd: “Bunu dediyimə inana bilmirəm”

25 Apr 2020 12:01

İslamTimes: Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq vitse-prezidenti Co Bayden amerikalıları ağardıcı içməməyə səsləyib. 


ABŞ sakinlərinə belə bir müraciəti o, özünün “Twitter” hesabında edib.

“Bunu deməli olduğuma inana bilmirəm, amma ağardıcı içməməyinizi xahiş edirəm”, - deyə siyasətçi yazıb.

Bir müddət əvvəl Eğ Evin nümayəndəsi bildirmişdi ki, ağardıcı tüpürcəkdəki COVID-19 virusunu beş dəqiqə ərzində öldürə bilir.   

Prezidenti Donald Tramp isə koronavirusun Günəş işığına məruz qaldıqda məhv olduğunu ehtimal etmişdi. O, həmçinin qeyd etmişdi ki, virusu antiseptiki vena daxilinə yeritməklə də öldürmək olar.


Story Code: 858860

News Link :
https://www.islamtimes.org/az/news/858860/abş-prezidentliyinə-namizəd-bunu-dediyimə-inana-bilmirəm

Islam Times
  https://www.islamtimes.org