0
Saturday 25 April 2020 - 17:08

Ənsarullah bir neçə cəbhədə düşmənə ağır zərbələr vurdu

Story Code : 858912
Ənsarullah bir neçə cəbhədə düşmənə ağır zərbələr vurdu

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli hərbi rəsmilərdən biri Əl-Ləbanat hərbi bazasının Əl-Cəvf əyalətindəki geniş miqyaslı hücum vaxtı işğalçılardan təmizləndiyini bildirib.
 
Əl-Labanat bazasını təmizləmək üçün keçirilən əməliyyat vaxtı xeyli sayda Səudiyyə rejiminin koalisiyasının muzdlu, o cümlədən bir neçə komandiri öldürülüb və yaralanaıb.
 
Düşmən Əl-Labanatı geri almaq üçün geniş bir əməliyyat keçirsə də, ancaq uğursuz oldu və ağır itkilər verib.
 
Digər tərəfdən, Ənsarullah qüvvələri taktiki geri çəkilmə ilə Əl-Bəyda əyalətinin cənubundakı Mukayris cəbhəsində xain Mənsur Hadi qüvvələrindən ibarət bir dəstəni mühasirəyə alıblar.
 
Ənsarullah Saleh əl-Şəcərinin (Mansur Hadi komandirlərindən biri) komandanlığı altında olan dəstələrdən birini Mukayris cəbhəsində mühasirəyə alıb və səhərdən etibarən onlara ağır itkilərə məruz qoyub. Yaralananlardan biri Əl-Bəyda komandirlərindən Əmmar Adil Əl-Cabiridir.
 
İndi bu mühasirə Ənsarullahın Səudiyyə rejiminin rəhbərliyindəki qüvvələrə Mukayris cəbhəsində vurduğu ikinci zərbədir.
 
Source : Deyerler
Comment