Ənsarullah bir neçə cəbhədə düşmənə ağır zərbələr vurdu
Deyerler , 25 Apr 2020 17:08
İslamtimes - Yəmənin Saba xəbər agentliyi ordu və inqilabi xalq komitələri (Ənsarullah) qüvvələri Əl-Cəvf əyalətinin cənub-qərbindəki Əl-Ləbanat bazasında yenidən nəzarəti ələ keçirib.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli hərbi rəsmilərdən biri Əl-Ləbanat hərbi bazasının Əl-Cəvf əyalətindəki geniş miqyaslı hücum vaxtı işğalçılardan təmizləndiyini bildirib.
Əl-Labanat bazasını təmizləmək üçün keçirilən əməliyyat vaxtı xeyli sayda Səudiyyə rejiminin koalisiyasının muzdlu, o cümlədən bir neçə komandiri öldürülüb və yaralanaıb.
Düşmən Əl-Labanatı geri almaq üçün geniş bir əməliyyat keçirsə də, ancaq uğursuz oldu və ağır itkilər verib.
Digər tərəfdən, Ənsarullah qüvvələri taktiki geri çəkilmə ilə Əl-Bəyda əyalətinin cənubundakı Mukayris cəbhəsində xain Mənsur Hadi qüvvələrindən ibarət bir dəstəni mühasirəyə alıblar.
Ənsarullah Saleh əl-Şəcərinin (Mansur Hadi komandirlərindən biri) komandanlığı altında olan dəstələrdən birini Mukayris cəbhəsində mühasirəyə alıb və səhərdən etibarən onlara ağır itkilərə məruz qoyub. Yaralananlardan biri Əl-Bəyda komandirlərindən Əmmar Adil Əl-Cabiridir.
İndi bu mühasirə Ənsarullahın Səudiyyə rejiminin rəhbərliyindəki qüvvələrə Mukayris cəbhəsində vurduğu ikinci zərbədir.
Story Code: 858912