QR CodeQR Code

Nyu-York qubernatoru: Korona ABŞ-a Çin yox, Avropadan daxil olub

IslamTimes , 25 Apr 2020 22:36

İslamTimes: Nyu-York ştatının qubernatoru Endryu Kuomo koronavirusla bağlı günahları Çin hakimiyyətinin üzərinə atan Trampa cavab verib


Nyu-York ştatının qubernatoru Endryu Kuomo Donald Trampın koronavirusla bağlı tədbirlərinin vaxtında baş tutmadığını bildirərək deyib ki, araşdırmalar onu göstərir ki, bu virus Çindən deyil, Avropadan ABŞ-a daxil olub. 

Kuomo deyib: "Nyu-Yorkda 1 mart tarixində ilk yoluxma qeydə alınıb. Amma çox güman ki, bu tarixədək on mindən çox amerikalı bu virusa yoluxmuşdu. Böyük ehtimalla Nyu-Yorkdakı ilk virus daşıyıcısı İtaliyadan gəlmiş şəxs olub.

Tramp Çində virus geniş şəkildə yayıldıqdan təqribən bir ay sonra yəni fevralın 2-də bu ölkədən ABŞ-a səfərləri dayandırdı. Daha sonra Avropadan Amerikaya səfərlərə qadağa qoyuldu. Amma artıq həmin zaman Amerikada virus geniş şəkildə yayılmışdı!"

Bu açıqlamalar bir halda verilib ki, Amerika siyasətçiləri Tramp hakimiyyətinin səhlənkarlığı səbəbindən hazırda ABŞ-da faciə yaşandığını bildirir.


Story Code: 859002

News Link :
https://www.islamtimes.org/az/news/859002/nyu-york-qubernatoru-korona-abş-a-çin-yox-avropadan-daxil-olub

Islam Times
  https://www.islamtimes.org