0
Sunday 26 April 2020 - 00:59

Almaniya qarışdı: Etiraz aksiyaları başladı

Story Code : 859009
Almaniya qarışdı: Etiraz aksiyaları başladı
Axar.az xəbər verir ki, Roza Lüksemburq meydanında keçirilən icazəsiz aksiyaya yüzlərlə insan qatılıb.

Etirazçılar əllərində “Almaniya Konstitusiyası” yazılan lövhələr qaldırıblar.

Aksiya iştirakçıları iddia edib ki, Almaniya hökuməti pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq etməklə insanların konstitusiya hüquqlarını pozur.

Meydanı boşaltmağı tələb edən polis qaydalara riayət etməyən çox sayda etirazçını saxlayıb.

Digər tərəfdən, Baden-Vürtemberq əyalətinin Ştutqart şəhərində də etiraz aksiyası baş tutub. Təxminən 500 insan pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz edib.