QR CodeQR Code

Almaniya qarışdı: Etiraz aksiyaları başladı

26 Apr 2020 00:59

İslamTimes: Almaniyanın paytaxtı Berlində yeni tip koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.


Axar.az xəbər verir ki, Roza Lüksemburq meydanında keçirilən icazəsiz aksiyaya yüzlərlə insan qatılıb.

Etirazçılar əllərində “Almaniya Konstitusiyası” yazılan lövhələr qaldırıblar.

Aksiya iştirakçıları iddia edib ki, Almaniya hökuməti pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq etməklə insanların konstitusiya hüquqlarını pozur.

Meydanı boşaltmağı tələb edən polis qaydalara riayət etməyən çox sayda etirazçını saxlayıb.

Digər tərəfdən, Baden-Vürtemberq əyalətinin Ştutqart şəhərində də etiraz aksiyası baş tutub. Təxminən 500 insan pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz edib.

 


Story Code: 859009

News Link :
https://www.islamtimes.org/az/news/859009/almaniya-qarışdı-etiraz-aksiyaları-başladı

Islam Times
  https://www.islamtimes.org