QR CodeQR Code

Pandemiya ilə yaşamağa məcburuq - Merkeldən şok

26 Apr 2020 02:57

İslamTimes: Yeni tip koronavirus səbəbi ilə Almaniyanın Avropa Birliyinə (AB) sədrliyi planlaşdırılandan fərqli keçəcək.


Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, pandemiyaya qarşı vaksin tapılmadığı müddətcə bu virusla yaşamağa məcburuq:

“Almaniyanın AB sədrliyində də pandemiya ilə mübarizə əhəmiyyətli yer tutacaq. Yəni Almaniyanın sədrliyi dövründə Avropa iqtisadiyyatının gücləndirilməsi, sosial həmrəyliyin artırılması başda olmaqla, iqlim və ekoloji problemlərin həlli məsələləri də müzakirə ediləcək”.

Qeyd edək ki, iyulun 1-də AB-yə sədrlik Xorvatiyadan Almaniyaya keçəcək. Proses cari ilin 31 dekabrına kimi davam edəcək.

 


Story Code: 859017

News Link :
https://www.islamtimes.org/az/news/859017/pandemiya-ilə-yaşamağa-məcburuq-merkeldən-şok

Islam Times
  https://www.islamtimes.org